Birləşmiş Ştatlar İsrailin Livana mümkün müdaxiləsinə qarşıdır və Yaxın Şərqdə gərginliyi azaltmaq üçün konkret ideyaları irəli sürmək niyyətindədir.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Rəsminin sözlərinə görə, Vaşinqton İsrail ordusunun qurudan müdaxiləsinin bölgədə gərginliyin azaldılmasına kömək edəcəyi mövqeyi tutmur.
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, ABŞ İsrailin mövqeyi ilə razı deyil və şiə Hizbullah hərəkatı ilə münaqişənin genişlənməsinin qarşısını almaq üçün müttəfiqlərlə konkret ideyaları müzakirə edəcək.
Sentyabrın 23-də İsrailin müdafiə naziri Yoav Qalant bütün Livanda hücumların başladığını elan etdi. Əməliyyatın hədəfi Hizbullahın hərbi infrastrukturu, o cümlədən silah anbarları olub. Həmin gün İsrail Müdafiə Qüvvələri (IDF) 1,1 min Hizbullah hədəfinin məğlub edildiyini bildirib. Bu, sentyabrın 17 və 18-də Livanın cənubunda partlayışlar baş verən zaman başlayan münaqişənin son gərginləşməsindən sonra baş verir.
Bundan əvvəl Hizbullah İsrailin aviabazasına raket zərbəsi endirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR