Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118678
az

Aİ bu ölkəyə 446 milyon avro ayırdı

09:3024 Sentyabr, 2024
84
DÜNYA
  • A

Avropa İttifaqı (Aİ) İtaliyanın 2023-cü ildə sel və daşqınlardan zərər çəkmiş Emiliya-Romaniya və Toskana regionlarına, ümumilikdə, 446,6 milyon avro yardım ayırıb.

OXU24.COM  xəbər verir ki, maliyyə resursu Avropa Həmrəylik Fondundan ayrılıb.

İtaliyanın iki regionu müvafiq olaraq 378,83 milyon avro və 67,81 milyon avro yardım alacaq.

Maliyyə yardımı keçən il Sloveniya, Avstriya, Yunanıstan və Fransada baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün nəzərdə tutulan 1 milyard avroluq paketin bir hissəsidir. Avropa Şurası maliyyə yardımını təsdiq etdikdən və qərar qüvvəyə mindikdən sonra vəsait müvafiq ölkələrə ödəniləcək.

Xatırladaq ki, İtaliyanın şimalında ötən ilin mayında şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində 14 nəfər həlak olmuşdu. Kənd təsərrüfatı, fermalar, yarasız hala düşən avtomobil yolları və turizm sektoru daxil olmaqla dəymiş ziyan 5 milyard avro təşkil edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü