Baş nazir Benyamin Netanyahu Livan sakinlərini Hizbullahın bazalarını tərk etməyə çağırıb.
Oxu24.com bu barədə İsrail baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Livan xalqına bir mesajım var. İsrail sizinlə yox, Hizbullahla müharibə aparır. Çox uzun müddətdir ki, Hizbullah sizdən canlı qalxan kimi istifadə edir. O, sizin yaşayış otaqlarınıza və qarajlarınıza raketlər qoydu. Bu raketlər və mərmilər birbaşa şəhərlərimizə və vətəndaşlarımıza yönəlib. Xalqımızı Hizbullah hücumlarından qorumaq üçün bu silahları aradan qaldırmalıyıq”, - Netanyahu bildirib.
Netanyahu səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) Livan sakinlərinə oxşar çağırışını xatırladıb.
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail ordusu fəal hərəkət edərək Livandakı şiə təşkilatı “Hizbullah”ın infrastrukturuna zərbələr endirərək, şimal sərhədində qüvvələr balansını dəyişib.
Sentyabrın 22-də Netanyahu bildirib ki, son günlərin zərbələri kifayət etməsə, Hizbullah hələ də ölkəsinin “mesajını” başa düşəcək.
Bundan əvvəl BMT İsrail və Livanı gərginliyi azaltmağa çağırıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR