Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118654
az

Rusiya polis generalı Ukraynada qiyabi ittiham olunur

19:1523 Sentyabr, 2024
85
DÜNYA
  • A

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya polis general-mayoru Yuri Zavyalov və onun tabeliyində olanlara qarşı qiyabi ittiham irəli sürüb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə SBU Telegram kanalında məlumat verilib.

Şöbə qeyd edib ki, Zavyalov 2022-ci ildə Xerson vilayətində Daxili İşlər Nazirliyinin rəisi vəzifəsini tutub. Onun müavinləri Gennadi Berezin və Yuri Zakavryaşin idi. Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən müharibə qanunlarını və adət-ənənələrini pozma maddəsi ilə cinayət işi açılıb.

“Xerson vilayətində SBU əməkdaşları tərəfindən vilayət prokurorluğunun prosessual rəhbərliyi altında Milli Polislə birgə kompleks tədbirlər həyata keçirilib”, - məlumatda deyilir.

Sentyabrın 2-də Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, məhkəmə Luqansk Xalq Respublikası milis dəstəsinin “Kabus” komandirini 14 il müddətinə azadlıqdan məhrum edib. Kəşfiyyat xidmətinin məlumatına görə, həmin şəxs 2014-cü ildə Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşlərdə iştirak edib, sonra isə doğma şəhərinə qayıdıb. Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat əməkdaşları onun yerini 2023-cü ilin yayında müəyyən ediblər.

Bundan əvvəl Ukraynada Sergey Kiriyenkoya qarşı qiyabi ittihamlar irəli sürülüb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Quşların eyni anda iki mühərrikə girməsi çətindir"- AÇIQLAMA
Fransa Səfirliyində bayraqlar endirildi - Foto
Təyyarəni qadın pilot idarə edib -İranda ilk

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı