Sky News Arabia xəbər verir ki, Fransa, Türkiyə və Qətər Livanı İsraillə sərhəddəki vəziyyəti həll etmək üçün Hizbullaha təzyiq göstərməyə çağırır.
Qeyd olunur ki, sentyabrın 24-də Türkiyə və Qətərin xüsusi xidmətlərindən ibarət nümayəndə heyəti Hizbullaha təsir etmək niyyətində olan Livana gələcək.
Bundan əvvəl İsrail livanlıları Hizbullahın silah saxladığı əraziləri tərk etməyə çağırmışdı. “The Wall Street Journal” İsrail ordusunun sözçüsü Daniel Həqariyə istinadən yazır ki, Tel-Əviv hücumları intensivləşdirməyi planlaşdırır.
Miri
Oxu24.com
ŞƏRHLƏR