Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalara görə tənqid edib.
Oxu24.com xəbər verir ki, “Sanksiyalar Ankaranın NATO müttəfiqi kimi Vaşinqtona inamını sarsıdır”, - Türkiyə prezidenti bildirib.
“NATO müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı müdafiə sənayesinə tətbiq etdiyi tədbirlər və məhdudiyyətlər inam hissinə mənfi təsir göstərir. Aydındır ki, CAATSA sanksiyaları və bizim F-35 proqramından kənarda qalmağımız ittifaqın ruhuna ziddir”,-deyə Ərdoğan bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR