Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118616
az

"Ermənistandan istənilən təxribat gözləmək olar" - Prezident

13:4123 Sentyabr, 2024
112
SİYASƏT
  • A

Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.

Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

“Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”, - deyən dövlətimizin başçısı bildirib ki, təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid qarşılıqlı prosedur   çərçivəsində     qaytarılıb
İlham Əliyev Trampı    təbrik      etdi
“Nürnberq prosesi”    davam    etdirilir