Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118612
az

Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldü

12:5723 Sentyabr, 2024
40
CƏMİYYƏT
  • A

Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın qapısında nasazlıq ehtimalı yaranıb və bu səbəbdən sərnişinlər düşürülüb.

Oxu24.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qatar “Elmlər Akademiyası” stansiyasında olarkən maşinsit qapıya baxış keçirib.

“Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatar verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cərimələr artır - DİQQƏT
Bakıda banka pul götürməyə gedən qadın özü haqda elə şey öyrəndi ki,şoka düşdü - TƏFƏRRÜAT
Həmin məqalənin müəllifi Əli Kərimli deyilmiş...

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı