Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib.
Bu barədə Oxu24.com-a qurumdan məlumat verilib.
Bildirilib ki, partiya Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib. Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
Oxu24.com
ŞƏRHLƏR