Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11860
az

Təhsil naziri Elinanın məktəbinin direktoru ilə bağlı qərar verdi

14:2711 Aprel, 2019
1059
SİYASƏT
  • A
 
Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevin Abbasova rəsmi olaraq işdən çıxarılıb.


Femida.az xəbər verir ki, bununla bağlı dünən Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib.

Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda qəbul edilən qərarın bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Təhsil Nazirliyi aprelin 8-də də məktəb direktoru haqda məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevin Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Bildirək ki, Elina Hacıyeva təhsil aldığı məktəbdə intihar edib. Bir neçə gündür bu hadisə ölkə gündəmində böyük rezonans doğurub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb