Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118599
az

Zelenski ABŞ-dan əlavə mərmi istəyib

11:5523 Sentyabr, 2024
69
DÜNYA
  • A

Sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Pensilvaniya ştatının Skranton şəhərində Ukrayna Silahlı Qüvvələri üçün sursat istehsal edən zavoda baş çəkib və əlavə mərmi istəyib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Associated Press” ABŞ Nümayəndələr Palatasının üzvü Mett Kartrayta istinadən məlumat yayıb.

"Təşəkkür edirəm və daha çox şeyə ehtiyacımız var", deyə  Ukrayna lideri bildirib.

Agentliyin məlumatına görə, Zelenskinin səfəri zamanı zavodun ətrafı mühasirəyə alınıb və çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə olub.

Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu-Yorka gedib. Bu gün Zelenski BMT-nin mənzil-qərargahında keçiriləcək Gələcək Sammitində çıxış edəcək, ertəsi gün isə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Sentyabrın 25-də o, Baş Assambleyada debatda çıxış edəcək.

Bundan əvvəl ABŞ Zelenskinin Rusiya ilə NATO arasında müharibəyə doğru yeni addım atdığını açıqlamışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI