Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118591
az

Strateji obyektlərin yaxınlığında qanunsuz balıq ovlayanlar məsuliyyətə cəlb ediləcəklər

10:5923 Sentyabr, 2024
34
CƏMİYYƏT
  • A

Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib.

Oxu24.com xəbər verir ki, bu barədə Su Nəqliyyatında Polis İdarəsindən bildirilib.

Qeyd edilib ki, xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi,zəhərli və partlayıcı maddələrdən,eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır: “Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər.

Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


SON DƏQİQƏ! İsrail bu ərazini qapalı hərbi zona elan etdi

Mişustin İrəvana getdi
Pezeşkian Mişustinlə görüşdü

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
DTX və DSX-dən birgə əməliyyat: Sərhəddə uçuş aparatı ələ keçirildi (FOTO)