Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118590
az

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

10:4523 Sentyabr, 2024
82
CƏMİYYƏT
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “mygov” mobil tətbiqinə giriş imkanı yaradılıb.

Vətəndaşlar “digital.login” vahid giriş sistemi üzərindən “mygov” platformasına daxil olmaqla müxtəlif dövlət qurumları üzrə məlumatları əldə edə bilərlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platformasında iş və yaşayış yeri, ailə tərkibi, adına olan əmlaklar, diplomlar, mobil nömrələr, cərimələr, etibarnamələr və s. daxil olmaqla 40-dan çox rəqəmsal məlumat, eləcə də şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında şəhadətnamə kimi rəqəmsal sənədlər təqdim olunur. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod, yaxud PDF şəklində paylaşa bilərlər.

Tətbiq sayəsində vətəndaşlar üçün qurumlar tərəfindən fərdi məlumatların istifadəsinə nəzarət etmək imkanı da yaradılıb. Eyni zamanda ailə qurmaq, valideyn olmaq və ailə üzvünün vəfatı kimi həyat hadisələri zamanı zəruri dövlət xidmətləri “mygov” üzərindən təqdim olunur.

“SİMA İmza”nı əldə etmək üçün mobil telefona eyniadlı tətbiqi yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün ödənişsizdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ötən il paytaxtda 389      svetofor     quraşdırılıb
31 yaşlı müəllim qəfil vəfat etdi- Müharibə qazisi idi - Foto
Magistraturaya sənəd qəbulu     başa     çatır