Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118580
az

Muxtar Babayev Andersenlə Xəzərin suyunun səviyyəsindən danışdı -FOTO

09:2223 Sentyabr, 2024
100
MANŞET
  • A

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində BMT Baş katibinin müavini, Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenlə dəniz mühitinin plastik tullantılarla çirklənməsinin qabaqlanması, habelə Xəzər dənizinin su səviyyəsinin dəyişməsi məsələlərində əməkdaşlığı müzakirə edib.

OXU24.COM  xəbər verir ki, bu barədə COP29-un mətbuat xidməti məlumat yayıb.

“BMT BA çərçivəsində Nyu-Yorkda keçirilən həftəlik tədbirlər çərçivəsində COP29 sədrliyi UNEP-in icraçı direktoru Andersen İngerlə səmərəli müzakirə aparıb. Onlar dəniz mühitində plastik çirklənmənin aradan qaldırılması və Xəzər dənizinin su səviyyəsinin dəyişməsi məsələlərində əməkdaşlıq barədə müzakirə aparıblar”, – məlumatda diqqətə çatdırılıb.

Eyni zamanda, COP29-un müəyyən olunmuş prezidenti Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duarte ilə görüşərək iqlim maliyyələşməsini müzakirə edib.

Bundan başqa, ekologiya nazirinin Beynəlxalq Ticarət Palatasının baş katibi Con Dentonla da görüşü baş tutub. Tərəflər özəl sektorun iqlim dəyişikliyinə necə töhfə verdiyini müzakirə ediblər.

Bizi Telegram-da izləyin

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə nəyi müzakirə edib? -FOTO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi