Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118573
az

Yol polisipiyadalara müraciət edib

20:0922 Sentyabr, 2024
91
  • A

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

İdarədən  verilən xəbərə görə, müraciətdə deyilir:

“Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.

Yol saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.

Sözsüz ki, bu nəticənin formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturun piyadalar üçün rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi, bir sözlə öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik nümayiş etdirməsi sonda acı nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzaya uğrayan təyyarədə olan Qoşqarın nəşi bu gün    ailəsinə      veriləcək
Qroznıya işləmək üçün gedirmiş... - Fotolar
Ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı