Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11857
az

Mübariz İbrahimovu tənqid edən psixoloq təqsirli şəxs qismində tanındı

13:4511 Aprel, 2019
876
HÜQUQ
  • A
Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin 22 yanvar tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə işə mahiyyəti üzrə baxmayan Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib:

“Artıq Nərmini təqsirləndirilən şəxs qismində cəlb etdilər və bizi xüsusi ittihamçı kimi tanıdılar. İş Xətai Rayon Məhkəməsində araşdırılacaq".

Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi.

Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquzqat dünya, üçqat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+