Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118557
az

“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək

22:2620 Sentyabr, 2024
177
SİYASƏT
  • A

“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər sentyabrın 23-dən etibarən veriləcək.

OXU24.COM  xəbər verir ki, Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində zərərçəkənlərə yardım üçün vəsaitin toplanması prosesini başa çatdırıb.

“Hazırda toplanmış bütün vəsait ərizə verən və bütün lazımi sənədləri təqdim edən vətəndaşlar arasında bölüşdürülüb”, - deyə bildirilib.

Daha öncə fond "Crocus City Hall"da baş vermiş terror aktından zərər görən 300-dən çox şəxsə maddi yardım göstərəcəyini bəyan etmişdi.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb. Hücum nəticəsində 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.

Moskvada törədilən terror aktı ilə bağlı 12 nəfər həbs edilib. Cinayəti törətməkdə şübhəli bilinən dörd şəxs əvvəlcə mütəşəkkil dəstənin tərkibində ölümlə nəticələnən terror aktı törətməkdə, qalanları isə bu cinayətin törədilməsində iştirakda ittiham olunublar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Trampı təbrik etdi
Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü