Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118546
az

İran səfiri bildirib ki, partladılan qurğular daha çox mülki şəxslər tərəfindən istifadə olunub

18:3320 Sentyabr, 2024
69
DÜNYA
  • A

İran prezidenti Məsud Pezeşkian Livanda peycer və radioların partlaması nəticəsində ölkəyə gətirilən yaralılara baş çəkib.

Oxu24.com xəbər verir  ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian ötən gün İrana gətirilərək müalicə olunan yaralıları paytaxt Tehrandakı Farabi Göz Xəstəxanasında ziyarət edib və onların müalicə prosesləri haqqında məlumat alıb.

Pezeşkianı Livanın Tehrandakı səfiri də müşayiət edib.

Digər tərəfdən İran hökumətinin sözçüsü Fatma Mühəcərani Livandakı partlayışlarda yaralanan və müalicə üçün ölkəyə gətirilən İranın Beyrut səfiri Emani Tehrandakı xəstəxanada ziyarət edib.

Səfirin müalicəsi ilə məşğul olan oftalmoloq və keçmiş səhiyyə naziri Həsən Kadızadə Haşimi Mühaceraniyə müalicə prosesi ilə bağlı məlumat verib.

Hücumlarda yaralanan səfir Emani Livanda partladılan peycerlərin "İsrailin hücumlarından əvvəl insanları hücumlardan xəbərdar etmək üçün siyasi deyil, humanitar məqsədlər üçün istifadə edildiyini və daha çox xəstəxana və uşaq bağçalarına paylanıldığını" bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstan - Rusiya sərhədində zəncirvari qəza- 40-dan çox avtomobil toqquşdu
Rusiyada "Şaxta baba" biznesmeni      qətlə      yetirdi
Suriyaya elan olunmamış     səfər     etdilər

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu