Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118514
az

Rusiya Moldovaya xəbərdarlıq edib

13:2620 Sentyabr, 2024
65
  • A

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Moldova rəhbərliyini bu ölkəni “Ukraynadakı münaqişənin” iştirakçısına çevirə biləcək addımlardan əl çəkməyə çağırır.


Oxu24.com xəbər verir  ki, “Moldova rəhbərliyi təhlükəsizlik məsələlərində faciəvi nəticələrə səbəb ola biləcək məsuliyyətsiz oyunları davam etdirir. Bu yaxınlarda Rumıniyanın Markulesti aerodromunda Buxarest tərəfindən qəbul edilən F-16 qırıcılarına texniki xidmət üçün mobil stansiya yerləşdirmək üçün Moldovaya yönləndirmək planları barədə məlumatlar ortaya çıxdı”, - Zaxarova brifinqdə bildirib.

 

Onun sözlərinə görə, ekspertlər bu məlumatı “Kişinyovda Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Qərb tərəfindən təhvil verilmiş təyyarələri yerləşdirmək üçün Moldovaya aerodrom infrastrukturu təqdim etmək üçün zəmin hazırladıqlarının daha bir təsdiqi” kimi qiymətləndirirlər.

“Eyni zamanda, Almaniya, Fransa, Polşa və Baltikyanı ölkələr də daxil olmaqla bir sıra Qərb dövlətlərini əhatə edən Moldovanın hərbiləşdirilməsi prosesi fəal şəkildə davam edir. Biz bir daha Kişinyovu Moldovanı Ukraynadakı münaqişənin iştirakçısına çevirə biləcək məsuliyyətsiz addımlardan çəkinməyə çağırırıq”, - Zaxarova bildirib.
 

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından da ÇIXARIR
Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
Bu dövlət qurumları LƏĞV OLUNDU

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu