Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118501
az

"Röya" şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO

12:5720 Sentyabr, 2024
41
CƏMİYYƏT
  • A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala rayonu, Dağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Qarayev Nazim Həsən oğluna məxsus “Röya” şadlıq evində planlı yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb.

Belə ki, obyektdə çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, döşəmə və divar səthlərinin təmirsiz olduğu, istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub. Habelə pozuntuların aradan qaldırılması istiqamətində sahibkarlıq subyektinə dəstək göstərilib, maarifləndirmə işləri həyata keçirilib, metodiki tövsiyələr verilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


SON DƏQİQƏ! İsrail bu ərazini qapalı hərbi zona elan etdi

Mişustin İrəvana getdi
Pezeşkian Mişustinlə görüşdü

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
DTX və DSX-dən birgə əməliyyat: Sərhəddə uçuş aparatı ələ keçirildi (FOTO)