Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakini olan bir nəfərin 12.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 9000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfəri aldadaraq hesabına 500 manat ödətdirməkdə şübhəli bilinən 33 yaşlı C.Yusifov müəyyən olunaraq saxlanılıblar.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR