Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118458
az

Trans "Dəniz"in məhkəməsindən görüntü yayıldı: Vətəndaşlara görün nə edirmiş - VİDEO

19:1219 Sentyabr, 2024
409
REDAKTORUN SEÇİMİ
  • A

Paytaxtda vətəndaşa qarşı quldurluq etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs Vüsal Şahbazovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Oxu24.com-un  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı işin baxışa verilməsini məhkəməyə təklif edib.

Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, fevralın 1-də gecə saatlarında Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 2500 manat pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Şahbazov Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki,Vüsal Şahbazov "Dəniz"ləqəbli transseksual kimi tanınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Bu ərazilər üzrə əhaliyə xəbərdarlıq edildi
37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
At oğruları tutuldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı