Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118452
az

Hava bu tarixdən soyuyur - Dəhşətli şaxtalar gəlir

17:2419 Sentyabr, 2024
657
REDAKTORUN SEÇİMİ
  • A

2024-cü ilin avqustu dünyada temperaturun yüksəlməsi baxımından 2023-cü ilin eyni dövrü ilə birinci yeri bölüşüb. Ötən ay orta aylıq temperatur 2023-cü ildə olduğu kimi 16.8 dərəcə olub. Son 50 ildə avqust ayında dünyada orta temperatur 1.3 dərəcə artıb. Məlumdur ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq. 

Avqust ayında qeydə alınan temperaturu nəzərə alsaq, payızda bizi hansı hava şəraiti gözləyir?

Oxu24.com  xəbər verir ki, bununla bağlı meteoroloq Cavid Hüseynov "Yeni Sabah"a açıqlamasında ən son məlumatları bölüşüb: 


"Respublikamızda yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək davam edir. Sentyabr ayının III ongünlüyündən başlayaraq havanın temperaturu aşağı enməyə başlayır. Sentyabr ayının orta aylıq temperaturu: 

Abşeronda-  21,3-22,4 °C, Lənkəran-Astara zonasında-   15,6-21,5 °C, Kür-Araz ovalığında- 21,4-22,5 °С, Kiçik Qafqazın şərq yamacında-  10,5-19,8 °С, Kiçik Qafqazın şimal yamacında- 11,8-13,8 °С, Qazax-Gəncə zonasında-   19,8-20,4 °С, Böyük Qafqazın cənub yamacında-   11,8-19,6 °С, Böyük Qafqazın şimal-şərq yamacında-  10,3-19,3 °С, Naxçıvanda isə 20,5-21,9 °С müşahidə edilir".

Ekspert ən çox yağıntının hansı bölgəyə düşəcəyini də qeyd edib:

"Oktyabr və noyabr aylarında havanın temperaturunda intensiv olaraq enmə davam edir və Noyabrda minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınır.

Abşeron yarımadasında payız mövsümündə yağıntıların miqdarı və dəyişmə əmsalları qış qiymətlərindən az fərqlənir. Payız yağıntıları ən çox Astara və Lənkəranda müşahidə edilir". 
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü leysan olacaq— XƏBƏRDARLIQ
DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi
Zaur Kamalın oğlu efirdə saqqız çeynədi - VİDEO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı