Avqust ayında Avropa İttifaqında avtomobil satışları illik ifadədə 18,3 faiz azalıb.
Oxu24.com xəbər verir ki, bu barədə Avropanın Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatında deyilir.
Satış həcmində azalma Avropanın bütün böyük avtomobil bazarlarında qeydə alınıb. Ümumilikdə isə ötən ay Avropa İttifaqında 643,6 min avtomobil satılıb. Almaniyada satışlarda 27,8 faiz, Fransada 24,3 faiz, İtaliyada 13,4 faiz, İspaniyada isə 6,5 faiz azalma müşahidə olunub.
Eyni zamanda, Avropa İttifaqında elektriklə işləyən avtomobillərin satışı 43,9 faiz azalıb. Almaniyada isə bu göstərici 68,8 faizə çatıb. Ümumi satış həcmində elektromobillərin payı 14,4 faiz olub, halbuki ötən il bu göstərici 21 faiz idi.
Oxu24.com
ŞƏRHLƏR