Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118434
az

Niyammədin Musayevə heykəl qoyulması təklif edildi

15:0619 Sentyabr, 2024
247
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar-müğənni,”Şərəf” və Şöhrət” ordenləri  mükafatları  laureatı,Azərbaycan Respublikası Prezidentinin Fəxri Təqaüdçüsü, Beynəlxalq Müsabiqələr  laureatı  Niyaməddin  Musayevin adının əbədiləşdirilməsi təklif olunur.

 

Oxu24.com  Citypost.az -a istinadən  xəbər verir ki, bu təkliflə  İmişli ziyalıları  çıxış edib. Bir qrup rayon ziyalısı  bununla bağlı Azərbaycan Respublikası İmişli rayon Ağsaqqallar Şurasının sədri  Saleh Səmədova müraciət edib.

Müraciətdə qeyd olunur ki,  Azərbaycanın tanınmış ziyalılarından olan Niyaməddin Musayevi ziyalılığın brendi hesab edirlər. O ifa tərzinə və geyim üslubuna görə tamaşaçıların dərin rəğbətini qazana bilib. Hələ Sovetlər dönəmində Niyaməddin Musayev Azərbaycanı nəinki keçmiş SSRİ məkanında, hətta bütün dünyada təmsil edib, tanıtdırıb. O yeganə müğənnidir ki, xalq musiqisi ilə estrada musiqisini peşəkarcasına sintes edib. Niyaməddin Musayev özünün sənət yolu, mənəvi musiqi məktəbi və layiqli davamçıları olan sənətkardır. Onun sənəti ümummilli Liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin, birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti, birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub və layiqincə qiymətləndirilib. O sənət aləmində bəstəkar kimidə geniş şöhrət qazanıb, dərin populyarlıq əldə edə bilib. Niyaməddin Musayevin oxuduğu və bəstələdiyi mahnılar dillər əzbəridir, tanınmış müğənnilər tərəfindən sevilərək ifa olunmaqdadır.

Hörmətli Saleh Səmədov!

Xalq şairi Cabir Novruz məhşur şeirlərindən birində yazırdı ki, “sağlığında qiymət verin insanlara, yaxşılara sağlığında yaxşı deyin, sağlığında heykəl qoyun ölməzlərə...” Məhz bu nöqteyi-nəzərdən biz də bu qərara gəlmişik ki, həmyerlimiz, tanınmış ziyalı, xalq artisti, “Şərəf” və “Şöhrət” ordenləri mükafatları laureatı, Azərbaycan Respublikasının Prezidentinin Fəxri Təqaüdçüsü, dönya şöhrətli müğənni, bəstəkar Niyaməddin Musayevin adı elə sağlığında əbədiləşdirilsin. İmişli şəhərində anadan olub, yaşadığı küçənin onun şərəfinə adlandırılmasına, vaxtı ilə çalışdığı rayon mədəniyyət sarayının qarşısında heykəlinin ucaldılmasına və rayondakı hər hansı mədəniyyət ocaqlarından birinə və təhsil aldığı orta məktəbə onun adının verilməsinə dair rayon rəhbərliyi qarşısında məsələ qaldırmağınızı Sizdən xahiş edirik.


Qeyd edək ki, müraciəti Azərbaycan Texniki Universitetinin professoru,texnika elmləri doktoru Famil Məmmədov, Ədliyyə generalı,3-cü dərəcəli Dövlət Ədliyyə Müşaviri, Siyasi elmlər üzrə fəlsəfə doktoru Mehdi Səlimzadə,Azərbaycan Respublikasının Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru Simarə İmanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,”Yazıçı” nəşriyyatının baş direktoru,hüquq elmləri üzrə fəlsəfə doktu Şəmsi Vəfadar,Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü,şair, Beynəlxalq ədəbi mükafatlar laureatı Qəşəm Nəcəfzadə,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının şöbə müdiri,Prezident təqaüdçüsü Dayandur Sevgin,Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü,"Yumor" jurnalının baş redaktoru və təsisçisi,Beynəlxalq Müsabiqələr laureatı Seyran Cəfərli və başqaları imzalayıblar.

Ziyalıların təklifi ilə bağlı Citypost.az saytının əməkdaşı İmişli rayon Ağsaqqallar Şurasının sədri  Saleh Səmədovla əlaqə saxlayıb.


Saleh Səmədov saytımıza açıqlamasında bildirib ki, mövcud təkliflə bağlı hazırda müraciət hazırlanır.

 

“Sevimli Xalq  artistimiz Niyaməddin Musayevin adının əbədiləşdirilməsi ilə bağlı bizə edilən müraciətə  baxılıb. Bu gün  İmişli rayon Ağsaqqallar Şurasınının 15 nəfərdən ibarət İdarə Heyərinin üzvlərinin iştirakı ilə iclas keçirilib.Yekdilliklə edilən təklif qəbul edilib. Xalq artisti  Niyaməddin Musayevin vaxtı  ilə  yaşayıb,böyüyüb boya-başa çatdığı küçəyə adının verilməsi, rayon musiqi məktəbinin və vaxtı ilə təhsil aldığı orta məktəbin  onun şərəfinə adlandırılması və digər təkliflərlə bağlı Respublika Ağsaqqalar Şurasına müraciət hazırlanıb”,- deyə Saleh Səmədov bildirib.

Qeyd edək ki, belə bir təcrübə artıq mövcuddur. Mərhum kaman ustası,Xalq artisti Habil Əliyevin adı hələ sağlığında doğulduğu Ağdaş rayonunda əbədiləşdirilmişdi. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

7 nəfər öldü - Azərbaycanda faciə
İş və istirahət günlərinin yerləri dəyişdirildi
Dekabrın bu 4 günü ilə bağlı XƏBƏRDARLIQ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO