Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118416
az

Tanınmış şairdən Elzaya sərt cavab: "O bu ağılla hələ deputat da olmaq istəyirdi"

12:3919 Sentyabr, 2024
472
CƏMİYYƏT
  • A

Əməkdar  artist  Elza Seyidcahan ın “Tüpürcəyim baldır mənim” şeiri sosial şəbəkələrdə  müzakirə  predmetinə  çevrilib.

Bir çox  sosial şəbəkə istifadəçiləri rəylərdə müğənninin  artıq  həddini aşdığını  qeyd  ediblər.

Bir sıra tanınmış şəxslər də məsələyə münasibət  bildirib. Onlar Elza Seyidcahanın  yazdığı bu şeiri sərt şəkildə tənqid  ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri  Anara müğənninin  bu  tip  şeirləri ilə bağlı  yerli  media nümayəndələrindən  sorğu ünvanlansa da rəsmi cavab verilməyib.

Oxu24.com xəbər verir  ki, CityPost.az saytına  açıqlamasında  Azərbaycanda  tanınmış  şair  Şəmsi  Vəfadar  da  Elza Seyidcahanın bu şeirinə münasibət bildirib.

“Elza Seyidcahan adlı müğənni, və  ya bəstəkar  ola bilsin ki, var. Mən amma bu adda şair tanımıram. Belə bir  hikmətli  kəlam var:  “Bir insan ağrıdan dəli olanda ətrafdakılar onun ağrılarından yox, məhz  dəliliyindən  danışırlar”,-deyə  Şəmsi Vəfadar bildirib.

Şair Şəmsi Vəfadar Elza Seyidcahanın psixoloji problemlərinin olduğunu qeyd edib.

-Bəzi  insanlar çox hallarda xəstə ruhlu məxluqların düşdüyü durumlarından öz xeyirlərinə faydalana bilirlər. Elza Seyidcahanın ədəbiyyata heç bir aidiyyatı yoxdur. Elzanın Azərbaycan Yazıçılar Birliyində nə işi var axı?! İndi də onu oradan qovmağın,uzaqlaşdırmağın yolları və perespektivləri ətrfaında düşünüb,gəzişmələr aparılsın.


Sözsüz  ki, hər kəsin öz pərəsətişkarı var.Elzanın  şeirini oxuyanlar,bəyənənlər və ya bəyənməyənlər, tərzini,saç düzümünü müzakirə edənlər onunla eyni səviyyənin daşıyıcılarıdır. 
Bilirsiniz, yazıçı,şair öz taleyini,öz içində olanları yazır. O qadının yazdığı cızma-qara da onun hansı həyat tərzi keçirdiyini,yaşantılarını  göstərir.Digər yandan  belə hesab edirəm ki, onun yazdıqlarını  hadisəyə çevirmək lazım deyil.

Ölkədə vacib məsələlər qalıb bir yanda  hamı Elzanın şeirindən danışır. Xəstə ruhlu insandır,icazə versinlər nə deyir desin,öz  həyatını yaşasın,görünür onun ciddi psixoloji problemləri var. O  bu  ağılla hələ  deputat  da olmaq istəyirdi. Yaxşı olar ki,özünü həkimə göstərsin.

Kərim Nalə,İlyas Ərnəfəs,Bəşir Kəsərli də onun kimi ağzılarına gələni danışırdılar...

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazirdən bağça müəllimləri ilə bağlı Qərar
Pilot niyə Bakını yox, Aktaunu seçib?
Oteldə ilan tapıldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü