Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118372
az

SENSASSİYA! Bu ölkələr arasında müharibə başlayır: Nazir rəsmən açıqladı

19:2618 Sentyabr, 2024
1481
DÜNYA
  • A

Livanın Baş naziri Nəcib Mikati hökumətə ölkənin İsraillə müharibəyə hazır olması ilə bağlı xüsusi tapşırıq verib.

Oxu24.com  “DPA” agentliyinə istinadən xəbərinə görə, bu barədə Böhran Vəziyyətinin və Müharibənin Fəsadlarının Qarşısının Alınması üzrə Komitənin iclasından sonra ölkənin ətraf mühit naziri Nasir Yasin bildirib.

O deyib ki, hazırda ölkədə üç aylıq ərzaq ehtiyatı var, üstəlik Livana 40 min tondan çox dənli bitliklər və un gətirməli olan gəmi yaxın günlərdə təyinat nöqtəsinə çatacaq.

N.Yasinin sözlərinə görə, ehtiyac yarandıqda humanitar yardım qismində ölkəyə gətirilən 50 min ədəd ərzaq bağlaması əhaliyə paylanacaq. Ətraf mühit naziri onu da əlavə edib ki, toplantıda logistik məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.

Bu barədə “Kan” məlumat yayıb.

Yenidən rabitə qurğularının partladığı deyilir.

Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur -VİDEO
Türkiyəli məşhur yazıçı vəfat etdi
5 milyon dollarlıq ev yanıb kül oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu