Livanın paytaxtı Beyrutda avtomobillər və mopedlər partlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
150-yə qədər insanın xəsarət aldığı, lakin yaralıların sayının artacağı qeyd edilir.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Livanda baş verən peycer partlayışlarını Qərb ölkələri üçün biabırçılıq adlandırmışdı. O qeyd edib ki, bu cür hadisələr Vaşinqtonun “bütün cinayətlərində” Təl-Əvivi dəstəklədiyini göstərir.
Sentyabrın 17-də axşam saatlarında minlərlə Hizbullah üzvlərinin şəxsi peycerləri partladı. Nəticədə ən azı 4 min nəfər yaralanıb, 12 nəfəri, o cümlədən 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlunu xilas etmək mümkün olmayıb.
Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail təcavüzü” adlandırıb. Hizbullah həmçinin hadisənin şərtləri ilə bağlı ətraflı araşdırmaya başladığını bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR