Ariane 6 raketinin ilk buraxılışı zamanı müşahidə edilən yuxarı pillədəki problemin proqram təminatının yenilənməsi ilə aradan qaldırılması planlaşdırılır.
Oxu24.com xəbər verir ki, bu barədə SpaceNews məlumat yayıb.
Nəşr xatırladır ki, ilk buraxılış zamanı yuxarı pillənin Vinci mühərriki yenidən işə düşə bilməyib, nəticədə mərhələ atmosferin sıx təbəqələrinə daxil olmaqdansa, aşağı Yer orbitində qalıb.
Mütəxəssislər tərəfindən aparılan araşdırma göstərdi ki, problemlər mərhələ sensorlarından birində temperaturun ölçülməsi limitinin proqram təminatı ilə məhdudlaşdırılması nəticəsində yaranıb.
Avropa Kosmik Agentliyi və Fransa Kosmik Agentliyi, həmçinin ArianeGroup və Arianespace birgə bəyanatda yeni daşıyıcının ilin sonunda ikinci dəfə buraxılması üçün heç bir maneə aşkar edilmədiyini bildirib.
İyul ayında Avropa Kosmik Agentliyinin baş direktoru Yozef Aşbaxer demişdi ki, Ariane 6 raketinin uğurla buraxılması “fırlanma böhranı”nın sonu deməkdir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR