Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118351
az

Belarus NATO ilə praqmatik dialoqu bərpa etməyə hazır olduğunu bəyan edib

16:0618 Sentyabr, 2024
50
DÜNYA
  • A

Belarus Vyana Sənədi çərçivəsində Şimali Atlantika Alyansına üzv dövlətlərlə praqmatik dialoqu bərpa etməyə ümid edir.

Oxu24.com  xəbər verir  ki, bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi - Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, general-mayor Valeri Revenko bildirib.

Onun sözlərinə görə, sənəd çərçivəsində dialoqun bərpası silahlı qüvvələrin, o cümlədən sərhədyanı ərazilərdə fəaliyyəti ilə bağlı bir sıra aktual məsələlərin həllinə imkan verəcək.

"Ümid edirik ki, Vyana Sənədinin imkanlarının obyektiv qiymətləndirilməsi, regional etimad və təhlükəsizlik tədbirləri həm Belarus Respublikası ilə həmsərhəd olan dövlətlərə və digər ölkələrə yeganə düzgün qərar qəbul etməyə və praqmatik dialoqa qayıtmağa imkan verəcək", deyə o bildirib.

General-mayorun sözlərinə görə, Belarus istər bütövlükdə, istərsə də sərhədyanı ərazilərdə silahlı qüvvələrin fəaliyyəti ilə hər hansı şəkildə bağlı olan bir çox aktual məsələlərin öz həllini tapacağına əmindir.

Sentyabrın 8-də Belarusun Təhlükəsizlik Şurası respublika ilə sərhəddə Ukrayna Silahlı Qüvvələrinin 14 min nəfərlik qrupunun olduğunu elan edib.

Bundan əvvəl Belarus sərhəddə Polşa silahlı qüvvələrinin böyük bir qrupunu elan edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp inauqurasiyadan əvvəl mitinq keçirəcək
Çin ABŞ-ın müdafiə şirkətlərinə qarşı sanksiyalar tətbiq edir
Cənubi Koreya polisi təyyarə qəzasından sonra Jeju Air-də axtarış aparıb

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ