Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118350
az

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

16:0118 Sentyabr, 2024
60
DÜNYA
  • A

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Gürcüstan hakimiyyətini LGBT təbliğatını  və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu ləğv etməyə çağırıb.

 

Oxu24.com xəbər verir  ki,Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Borrelin sözlərinə görə, Gürcüstanın "ailə dəyərləri və kiçik qoruma" qanunları insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkilik və damğalanmanı artıracaq. O, Gürcüstanı “ölkəni Avropa Birliyinə gedən yoldan daha da uzaqlaşdıran” qanunu ləğv etməyə çağırıb.

 

Sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü yekun oxunuşda LGBT təbliğatına qarşı qanunu qəbul edib. Parlamentin 84 deputatı müvafiq qanun layihəsinin qəbul edilməsinə yekdilliklə səs verib. Qanun layihəsi prezident Salome Zurabişvili tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Lakin müxalifət qanun layihəsinə səsvermədə iştirak etməyib.

 

Sentyabrın 4-də gürcü deputatlar ikinci oxunuşda qeyri-ənənəvi münasibətlərin təşviqinə qarşı qanun layihələri paketini qəbul ediblər.

 

Bundan əvvəl Gürcüstanın Aİ-yə qəbulu dayandırılmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü