Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118348
az

İntihar edən Turalənin atasından ŞOK İDDİA: "Bizdən 10 min alıb..."

15:2518 Sentyabr, 2024
96
REDAKTORUN SEÇİMİ
  • A

2023-cü ilin iyulunda Mingəçevir  Şəhər  Prokurorluğundan  özünü  ataraq  intihar  edən 32 yaşlı Turalə  Aslanovanın atası  Natiq Aslanov müraciət yayıb.

 

Oxu24.com  Citypost.az-a istinadən  xəbər verir ki, Turalə Aslanovanın hüquqi varisi olan Natiq Aslanov müraciətində cinayət işinin aparılmasının ləng  getməsindən və qızının vəkili olmuş Emin Kiçikbəyovdan narazı olduğunu qeyd edib.

 

“Mənim tələbim bu işdə yaxından iştirak etmiş vəkil Emin Kiçikbəyovu cəlb etməkdir.O,bütün təfərrüatları bilir və  bizdən 10.000 (on min) manat pul alıb.Bu günə qədər mən vəkili tapa bilmirəm.Telefon zənglərimə belə cavab vermir”,-deyə Natiq Aslanov bildirib.

 

Natiq Aslanov şikayət ərizəsində qeyd edib ki, qızının ölümü ilə bağlı onun şübhələndiyi bir sıra məqamlar var.

 

“Qızımın ölümündə  şübhələndiyim Kəmalə Quliyeva,Zaur Tanrıverdiyev və digərləri  hələ də cinayət məsuliyyətinə cəlb edlməyibilər.”

 


Citypost.az məsələ ilə bağlı adı hallanan vəkil Emin Kiçikbəyovla əlaqə saxlayıb. Vəkil saytımıza açıqlamasında bildirib ki, Natiq Aslanovun  iddiası doğru deyil.

 

“Onun əvvəllər də bu cür müraciətləri olub. Müraciətlə bağlı Baş Prokurorluqda və Vəkillər Kollegiyasında araşdırma aparılıb.Müvafiq qərarlar qəbul edilib.”,- deyə vəkil bildirib.

 

Qeyd edək ki, T.Aslanova  keçmiş polis zabiti  olub. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan Azərbaycana uçuşlar qismən dayandırıldı
120 nəfər öldü - Təyyarə qəzası
Məzənnələr açıqlandı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır