Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118345
az

I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

16:2718 Sentyabr, 2024
57
  • A

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

Oxu24.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün bu gün saat 11:00-dan oktyabrın 15-i saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə bu gün saat 11:00-dan sentyabrın 27-si saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.

Həmin vaxta qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, bu günədək I sinfə 132 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 672 nəfər uşaq qəbul olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azad Xocalıda ilk körpə doğuldu
Saray qəbiristanlığında dağıntı törədildi- Video
Laçında ağır qəza,      ölən              var

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
İmişlidə qadının oğurlanması ilə bağlı əməliyyat- 3 nəfər saxlanıldı