NATO Rusiya ilə müharibə olacağı təqdirdə Tallinin qarşısına yeni vəzifə qoyub.
Oxu24.com xəbər verir ki, bunu Baltik Respublikası Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus deyib.
“Bu gün bizim uzaqmənzilli zərbə aktivlərimiz tam olaraq NATO planlarına daxildir və NATO bizə deyir ki, biz müəyyən hədəflərə (Rusiya ərazisində) diqqət yetirməliyik və o zaman onlar Estoniyaya gəlib növbəti addımları ata bilərlər. ” deyə o, Estoniya dövlət televiziyası və radiosu ERR-ə müsahibəsində bildirib.
Karus qeyd edib ki, Estoniya öz ərazisində yerləşən müttəfiq bölmələrinin Rusiya ilə münaqişədə dərhal iştirakına mütləq arxalana bilər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR