Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118305
az

SON DƏQİQƏ! Məşhur Xalq şairinin qudası həbs edilib

11:0518 Sentyabr, 2024
974
  • A

Əvvəllər dələduzluq,talama  və  mənimsəmə  əməllərinə  görə  həbs  edilərək 12  ildən  artıq  həbs  həyatı  yaşamış,sosial  şəbəkələrdə  tanınmış  iş  adamı kimi təqdim  edilən  əslən Goranboy  rayonundan  olan  Müqayis  Verdiyev yenidən həbs olunması barədə  məlumat  vermişdik.

Oxu24.com xəbər verir  ki, CityPost.az iş adamının  həbsi  ilə  bağlı   yeni  məlumatlar  əldə  edib.

Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində onun uzun müddət gizləndiyi yer müəyyən edilmiş və həbs olunmuşdur.

Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq ittiham irəli sürülüb.  O, məhkəmənin qərarı ilə  1 ay 24 gün müddətinə istintaq hərəkətlərinin başa çatdırılması üçün barəsində həbs qəti imkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq Təcridcxanasına göndərilib.

Əvvəllər də eyni əməllərə görə həbs edilən Mübariz  Verdiyevin barəsində mətbuatda qazi nvə şəhid ailələrinə maddi ziyan vurmasına dair çoxsaylı neqativ məlumatlar yer alıb.

Citypost.az araşdırma apararkən onu da öyrənib ki,Müqayis Verdiyev Xalq şairi Ramiz Rövşənin oğlu Rövşənin qayınatasıdır. Rövşən ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəzərin suyu niyə qırmızı rəngə boyanıb?
Azərbaycanda qayınata gəlinin evinin önünə QUMBARA ATDI
Hava ilə bağlı açıqlama


Oyun zamanı pişik nə etdi? - FOTO

18+

Deputat turisti zorladı
Bakıda faciə: Hamilə qadın əri ilə öldü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Soğanla prostatı belə müalicə etmək olar - KİŞİLƏR OXUSUN
Goranboyda kişi gəlininin evinin önünə qumbara atıb, xəsarət alan var