Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118286
az

ABŞ Pentaqonun Çinlə mümkün qarşıdurmaya hazırlığından danışıb

19:4617 Sentyabr, 2024
64
DÜNYA
  • A

ABŞ Çinlə mümkün qarşıdurmaya hazırlıq məqsədilə Sakit okeanda Tinian adasında öz Hərbi Hava Qüvvələri üçün hərbi aerodrom tikir.

Oxu24.com xəbər verir   ki, bu barədə Amerikanın “Newsweek” nəşri peyk görüntülərinə və ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Sakit Okeanda kiçik bir adada böyüyən aerodrom indi ABŞ Hərbi Hava Qüvvələri tərəfindən yenidən qurulur, çünki o, Çinlə mümkün gələcək döyüşə hazırlaşır”.

Nəşrin məlumatına görə, aerodromun bərpası Pentaqona 500 min dollara başa gələcək. Layihənin nə vaxt həyata keçiriləcəyi hələlik məlum deyil.

Məqalə müəllifi yazır ki, Tinian adasındakı aerodromun bərpası Çevik Döyüş Məşğulluğu (ACE) doktrinasının bir hissəsidir və bu doktrina ABŞ hərbi qüvvələrinin planetin ucqar yerlərində kiçik qruplar şəklində yerləşdirilməsini nəzərdə tutur. 

Jurnal xatırladıb ki, məhz Tinian adasındakı aerodromdan Amerika bombardmançıları 1945-ci ildə havaya qalxaraq Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə bombaları atıblar.

Bundan əvvəl politoloq ABŞ və Çin arasında “Troya tipli müharibə” olacağını proqnozlaşdırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şimali Koreya zavid tikir
Rusiyanın kölgə donanmasına qarşı genişmiqyaslı sanksiyalar gəldi
Putin onu vəzifəyə təyin etdi

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı