Qaynar xətt:

(+99450) 247 90 86

Ana yeni doğulan körpəsini kanalizasiyaya atdı

CƏMİYYƏT

113

17.09.2024, 19:39

Rusiya Federasiyasının Buryatiya Respublikasında ana yeni doğulmuş körpəsini kanalizasiyaya atıb.

OXU24.COM  bildirir ki, hadisə paytaxt Ulan-Ude şəhərində baş verib. Şübhəli şəxs valideynləri ilə fərdi evdə yaşayıb və hamilə olduğunu onlardan gizlədib.

Məlumata görə, körpə sağlam dünyaya gəlib. Ana onu kanalizasiyaya atıb və nəticədə körpə orada ölüb.

Qadın bu barədə dostuna danışıb, o da öz növbəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda bu iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.