Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118280
az

Belarus BRICS tərəfdaş statusunu nə vaxt ala biləcəklərini bildirib

19:3017 Sentyabr, 2024
70
  • A

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Birinci İnformasiya Kanalına müsahibəsində deyib ki, Minsk təşkilatın oktyabrda Kazanda keçiriləcək sammitində BRICS tərəfdaşı statusu alacağını gözləyir.

O bildirib  ki, ötən gün Çinin yeni səfiri ilə görüş olub və o, BRİKS tərəfdaşının statusunun nə olacağı ilə bağlı konsensusa nail olmaqdan danışıb.

Rıjenkov əlavə edib ki, Minsk indi Kazanda keçiriləcək sammitdə bu statusa nail olmaq üçün təşkilata üzv dövlətlərlə daha fəal işləməlidir.

Bir gün əvvəl Belarus Respublika Şurasının (yuxarı palata) sədri Natalya Koçanova bildirib ki, Minsk beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün BRİKS plus formatında parlament sammitinin keçirilməsini təklif edib.

Onun fikrincə, BRİKS-in rolu və nüfuzunun daha da güclənməsinə təşkilat daxilində müşahidəçilər missiyasının formalaşdırılması kömək edə bilər.

Koçanovanın planına görə, müşahidəçilər “hesabatları Qərb elitasının siyasi mövqeyinə uyğunlaşdırmadan” seçkiləri qiymətləndirmək səlahiyyətinə malik olacaqlar.

Bundan əvvəl ABŞ bildirib ki, BRİKS-ə artan marağın Vaşinqton üçün həyəcan siqnalı olmalıdır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya-ABŞ ticarət həcmi son 30 ilin ən aşağı səviyyəsinə çatıb
Hollandiya: Rusiyanı məğlub etmək mümkün deyil
ABŞ Trampın Çini Tayvana hücuma necə təhrik etdiyini açıqladı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto