ABŞ-ın keçmiş prezidenti Barak Obama gənc amerikalı seçiciləri prezidentliyə namizəd Kamala Harrisin tərəfinə çəkmək üçün TikTok-dan istifadə edir.
Oxu24.com xəbər verir ki, bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.
"Obama bu gün TikTok-a gedir, hələ vitse-prezident Harrisə səs vermək üçün qeydiyyatdan keçməmiş seçiciləri axtarır", deyə portal bildirib.
Obamanın TikTok kampaniyası Demokratların Milli Seçici Qeydiyyatı Günündən (17 sentyabr) "qeyri-ənənəvi üsullarla" təxminən 30 milyon potensial seçiciyə çatmaq üçün istifadə etdiyi daha geniş səylərin bir hissəsidir.
Axios-a görə, Demokratlar gənc amerikalılar arasında "üstünlüklərindən istifadə etmək" istəyirlər.
İlk Tramp-Harris debatı sentyabrın 10-da baş tutub. Respublikaçı hələ inauqurasiyadan əvvəl Ukraynadakı münaqişəyə son qoyacağına söz vermişdi və Harris buna cavab olaraq Putinin Trampı “naharda yeyəcəyini” bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR