Naməlum şəxs Rumıniya parlamentini yandırmağa cəhd edib.
Oxu24.com xəbər verir ki,bu barədə Puterea nəşri məlumat yayıb.
Binadan 300 nəfər təxliyə edilib. Cinayətkar bir qrup ziyarətçi ilə binaya daxil olaraq mağazanı yandırıb, malları və işçilərdən birinə benzin töküb. Üzərinə tez alışan maye vurulan şəxs yanıq xəsarəti almasa da, panik atak keçirib. Yanğın parlamentin iclaslarına gələnlərin giriş hissəsində və xüsusi mühafizə olunan ərazidən kənarda baş verib. Yanğın sahəsi 30 metr olub.
Aksiyadan sonra hücum edən şəxs qaça bilib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışa verilib.
Bundan əvvəl Rumıniya Qara dəniz sahilində cərəyanla yuyulmuş dəniz desant əleyhinə minasını zərərsizləşdirib. Ölkənin cənub-şərqində Qrindul Kituk yaxınlığında partlayıcı obyekt aşkar edilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR