Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118249
az

Daşqınlar Slovakiyaya 20 milyon avroluq ziyan vurdu

15:1417 Sentyabr, 2024
48
DÜNYA
  • A

Slovakiyada həddindən artıq yağışlı havanın və daşqınların vurduğu zərər 20 milyon avro həcmində qiymətləndirilir.

Oxu24.com xəbər verir ki, Slovakiya baş nazirinin ətraf mühitin mühafizəsi üzrə müavini Tomas Taraba bu barədə sosial media hesabında yazıb.

Dörd gündür davam edən yağışlı və küləkli havadan ən çox ölkənin qərb hissələri zərər çəkib. Slovakiyanın Baş naziri Robert Fitso güclü yağışların səbəb olduğu daşqınların vurduğu zərərin dövlət tərəfindən kompensasiya ediləcəyini bildirib.

Sentyabrın 13-də yağışlı hava ilə əlaqədar Bratislavada fövqəladə vəziyyət rejimi elan edilib, həftəsonu keçirilməsi planlaşdırılan bəzi tədbirlər təxirə salınıb. Paytaxt sakinlərinə yaxın günlərdə ağacların aşması riskinin yüksək olduğu ictimai yerlərə və parklara getməkdən çəkinmək tövsiyə olunub. Şəhərin qərb rayonlarında məktəblər və uşaq bağçaları bağlanıb.

Qeyd edək ki, güclü külək və leysan yağışlar təkcə Slovakiyaya deyil, həmçinin qonşu Çexiya, Polşa və Avstriyaya da təsir edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğın ABŞ-yə 150 milyarda başa gələ bilər
Volodin Venesuelaya Nikolas Maduronun andiçmə mərasiminə gedir
Tramp Qrenlandiya ilə bağlı “pis razılaşma” əldə edəcəyini proqnozlaşdırmışdı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib