Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118245
az

Polkovnik, arvadı və qardaşının ölümünə görə 9 il həbs

14:2917 Sentyabr, 2024
109
KRİMİNAL
  • A

Ötən il Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Omarşa Kərimova hökm oxunub.

Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi O.Kərimovu Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.

Bildirilib ki, O.Kərimov hadisə vaxtı “Schmitz” markalı TIR-la İrandan Rusiyaya 19 ton gilas aparırmış. O, Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olarkən idarə etdiyi yük maşını Məhərrəm Fərziyevin sürdüyü “VAZ 2105” markalı avtomobillə toqquşub. Nəticədə M.Fərziyev, həyat yoldaşı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyev vəfat edib. Onlar Lənkəranda toyda iştirak edib Bakıya qayıdırmışlar.

O da məlum olub ki, qəzada vəfat edən Məhərrəm Fərziyev Müdafiə Nazirliyinin pensiyaya çıxmış polkovniki olub. Ehtiyatda olan zabit “Sabit” mühafizə şirkətində baş inspektor vəzifəsində çalışırmış. Mərhumun yaxınları məhkəmə iclasında hadisənin qəsdən törədildiyini, qəzadan sonra M.Fərziyevin qətlə yetirildiyini iddia ediblər. Onlar bunu M.Fərziyevin nəşinin qəza baş verən yerdən bir qədər aralıda tapılması ilə izah ediblər. Lakin bu iddialar məhkəmə istintaqı tərəfindən qəbul edilməyib. 

Məhkəmənin 13 sentyabr tarixli hökmü ilə qəzanı törədən Omraşa Kərimova 9 il həbs cəzası verilib. Onun əlavə olaraq 4 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi
Kürdəmirdə daha bir   körpə  ölümü
Pirotexniki vasitələr satan 11    nəfər   saxlanıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi