Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118238
az

Rüşvətə görə məhkum edilmiş gömrükçülər bəraət aldılar

12:5717 Sentyabr, 2024
88
KRİMİNAL
  • A

Rüşvət almaqda təqsirli bilinərək şərti məhkum edilmiş Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları Orxan Zöhrabov və Mirağa Ağayevin işi yenidən araşdırılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onların işinə bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Gömrükçülər 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. İşə ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi qiymət verilib. Hökmə əsasən, Mirağa Ağayev günahsız elan edilərək bəraət alıb. Orxan Zöhrabova və onunla birgə ittiham olunan bir neçə keçmiş gömrükçüyə isə şərti cəza verilib. Onlar hamısı 10 ay sonra azadlığa buraxılıb.

Hakim Əli Məmmədovun həmin hökmü isə prokuroru razı salmayıb. Verilmiş apellyasiya protesti ilə M.Ağayevin bəraəti ləğv edilib, şərti cəza verilib. O.Zöhrabov yenə şərti cəza ilə azadlıqda qalsa da, digərləri yenidən həbs ediliblər.

Amma bu qərar da Mirağa və Orxana münasibətdə Ali Məhkəmədə ləğv edilib. Bu dəfə iş təkrar baxış üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Bir ilə yaxın davam edən yeni məhkəmə istintaqı ötən gün başa çatıb. Məhəmmədəli Rzayevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, Mirağa Ağayevin birinci instansiyadakı hökmü əsaslı olub. Bundan əlavə, Orxan Zöhrabov da ittihama münasibətdə təqsirsizdir. Qərara əsasən, onların hər ikisinə bəraət verilib. Həmçinin təzminat üçün müraciət etmək hüquqları izah edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tiktokerlər də  həbs   edildi
Ötən gün 5,2 kq       narkotik     aşkarlanıb
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi