Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118230
az

Prezident yeni səfirin etimadnaməsini qəbul edib - FOTOLAR (YENİLƏNİB)

14:3117 Sentyabr, 2024
85
SİYASƏT
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

Oxu24.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu deyərək siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı.

Azərbaycanın gözəl ölkə olduğunu və buraya səfərindən sevinc hissi duyduğunu bildirən səfir, ilk növbədə, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Əlcəzair prezidenti dövlətimizin başçısı ilə dostluğunu yüksək qiymətləndirir. 2022-ci ildə Azərbaycan Prezidentinin Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən Zəkiyyə İğıl vurğuladı ki, Abdelmacid Tebbun Əlcəzairdə keçirilən prezident seçkilərində qələbəsi ilə bağlı dövlətimizin başçısının ona təbrik məktubuna görə minnətdarlığını ifadə edir və Azərbaycan ilə münasibətləri daha da möhkəmləndirmək əzmindədir.

Səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlədirilməsi istiqamətində səylərini əsirgəməcəyini dedi.

Əlcəzair Prezidentinin salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı, onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş etdi və Prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Əlcəzairə səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında sıx əməkdaşlığı bir daha nümayiş etdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirdi və Azərbaycanın beynəlxalq təşkilatlarda daim səmərəlilik prinsipindən çıxış etdiyini dedi.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Əlcəzairin ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev ölkələrin suverenliyi, ərazi bütövlüyü, çoxtərəflilik və neokolonializmlə mübarizə məsələlərinin vacibliyinə toxundu.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Əlzəcairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, Əlcəzair xalqına qarşı törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi heyrət doğurub.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda da keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan dövlətimizin başçısı ölkələrimizin Avropa qitəsinə mühüm qaz ixracatçısı olduqlarını dedi və OPEC+ çərçivəsində yaxından əməkdaşlığın aparılmasından məmnunluğunu ifadə etdi.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdıran səfir Azərbaycanın bu mühüm tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirdi.

***10:30

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

Oxu24.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və İran xüsusi təyinatlıları birgə təlimdə- Fotolar
NATO  nümayəndələri   Bakıda
Bu bələdiyyələr birləşdirildi- SİYAHI

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı