Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118229
az

Mağazaları talayan və “Prius” qaçıran dəstə üzvləri saxlanıldı - VİDEO

10:4417 Sentyabr, 2024
40
KRİMİNAL
  • A

Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və noutbukların oğurlanması barədə polisə məlumat daxil olub. Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar.

DİN-dən bildirilib ki, araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq “Toyota Prius” markalı avtomobil qaçırdıqları da müəyyən edilib. Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
Xırdalanda mağazadan 5 noutbuk oğurlandı
Abşeronda 13 min manatlıq dələduzluq edənlər saxlanıldı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO