Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118194
az

Sosial media üçün yeni qanun: bu şəxslər cərimə ödəyəcəklər

18:2516 Sentyabr, 2024
52
  • A

Avstraliya hökuməti sosial media platformalarında dezinformasiyanın qarşısını almaq üçün yeni qanun hazırlayıb.

OXU24.COM  xəbər verir ki, hökumət sosial media şirkətlərinin yalan məlumat və xəbərlərin yayılmasına imkan verdiyini bildirir.

Əgər qərar qəbul olunarsa, yalan məlumatların yayılmasının qarşısı daha tez alınacaq. Rəqəmsal platformalar saxta xəbərlərin yayılmasının qarşısını ala bilməsələr, qlobal dövriyyələrinin 5 faizi həcmində cərimə ödəyəcəklər.

Sosial media şirkətləri bu qanun layihəsinin fikir azadlığına zidd olduğunu bəyan ediblər. Hətta “X”-in rəhbəri İlon Mask da Avstraliya hökumətinə sərt reaksiya verib və onu "faşist" adlandırıb.

Avstraliya Nümayəndələr Palatasının üzvü Stiven Cons Maska belə cavab verib: “İnana bilmirəm ki, İlon Mask və ya başqası hər il avstraliyalıların milyardlarla dollarını soyaraq ifadə azadlığı adı altında sosial media platformalarında saxta məzmun yerləşdirməyin düzgün olduğunu düşünür”.

Bundan əlavə, sosial media nəhəngləri və axtarış sistemləri də medianın reklam gəlirlərini darmadağın edir, bununla da jurnalistikaya son qoyulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə kimlər sosial şəbəkələrə girə bilməyəcək?
Təyyarə havaya qalxmadan ALIŞIB YANDI: 109 nəfər... -VİDEO
Bu gün hava necə olacaq? -PROQNOZ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi