Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118149
az

COP29-la bağlı ezamiyyə xərcləri müəyyənləşdi

12:4216 Sentyabr, 2024
69
  • A

Təşkilat Komitəsinin üzvlərinin COP29 tədbirləri çərçivəsində ezamiyyə xərclərinin nə qədər olacağı müəyyənləşib.

Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir.

Bu Qərar 2024-cü il avqustun 1-dən tətbiq olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentdən əmək pensiyaları ilə bağlı- Sərəncam
“Azeri Light”         bahalaşdı
Sosial müavinət və təqaüd alanlara şad xəbər -Bu tarixdən artım olacaq

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto