Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118148
az

22 min dollarlıq dələduzluq edən şəxs saxlanıldı

12:2716 Sentyabr, 2024
75
  • A

Bakının Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) beşinci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov saxlanılıb.

"Həmçinin Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan Azərbaycana 16 kq narkotik keçirilməsinin      qarşısı      alınıb
Bakıda maşın qadını vurub öldürdü- VİDEO
Saxta spirtli içkilər hazırlayan 5     nəfər      saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
İrandan Azərbaycana 16 kq narkotik keçirilməsinin      qarşısı      alınıb