ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı yeni sui-qəsd cəhdi olub
OXU24.COM xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin məlumat verib.
"Prezident Tramp növbəti sui-qəsd cəhdindən sonra sağ-salamatdır. Onu öldürməyə çalışırlar. Onun qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər", - o, X-də yazıb.
"Reuters" agentliyinin məlumatına görə, ABŞ-ın keçmiş prezidentinin yaşadığı ərazidə atışma baş verib. O, hazırda təhlükəsiz yerdədir.
Hələlik hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.
Oxu24.com
ŞƏRHLƏR