Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118127
az

Avropada daşqınlar 6 nəfərin həyatına SON QOYDU -VİDEO

23:4615 Sentyabr, 2024
77
DÜNYA
  • A

Bir sıra Avropa ölkələrində “Boris” siklonunun yaratdığı daşqınlar nəticəsində biri yanğınsöndürən də daxil olmaqla azı 6 nəfər ölüb.

OXU24.COÇM DW-yə istinadla xəbər verir ki, hadisə nəticəsində daha dörd nəfər itkin düşüb.

Siklon Polşa, Çexiya, Rumıniya və Moldovanın ərazilərinə təsir edib. Avstriyada, Aşağı Avstriya federal əyalətində yanğınsöndürən daşqının nəticələrini aradan qaldırarkən həlak olub. Bölgənin qubernatoru Yohanna Mikl-Leitner bildirib ki, zərərçəkənlərə kömək etmək üçün ordu cəlb edilməlidir.

Ötən gün Rumıniyanın Moldova ilə sərhədə yaxın Qalati şəhərində sel 4 nəfərin həyatına son qoyub. Ölənlər arasında əsasən qocalar olub. Güclü yağış suyun səviyyəsinin xeyli qalxmasına, 1,7 metrə çatmasına səbəb olub və yerli sakinlər evlərin çıxmağa məcbur olub.

“Boris” siklonu Macarıstan, Slovakiya və Almaniyanı da əhatə etməklə Avropadan keçməyə davam edir. Bavariyada 100 mm-ə qədər yağış, Alp dağlarında isə güclü qar yağacağı gözlənilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Esma Əsədin yaşama şansı azdır -KİV
Paşinyan Rusiyadakı iclasa        onlayn       qatılacaq
Lukaşenko Aİİ sammitindən əvvəl      odun      doğrayıb

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi